BERGS HOTEL AND RESTAURANT
"BERGS OTEL & RESTAURANT"A XOŞ GƏLMİŞSİNİZ!
Azərbaycanın ən qədim və zəngin tarixi keçmişə malik bölgələrdən biri olan Qax rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşir. Zəngin təbiəti, qədim tarixi abidələri, eləcə də müasir turizm infrastrukturu ilə hər zaman yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Qax rayonunun İlisu kəndində istifadəyə verilmiş BERGS OTEL & RESTAURANT bölgəyə istirahət və işgüzar məqsədlərlə səfər edən qonaqların əsas seçimi olmaqla Azərbaycanın şimal rayonlarında turizmin işkişafına özünəməxsus tö hvə verməkdədir. BERGS OTEL & RESTAURANT xidmətdə keyfiyyət və peşəkar işçi heyəti ilə regionda turizmin inkişafında mühüm rol oynayır. Ağçayın sahilində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən otel həm göz oxşayan mənzərəsi, təbiəti, həm də gülərüz personalı ilə qonaqlara əvəzedilməz istirahət imkanları yaradır...
