HAQQIMIZDA



Qax rayonu Bakıdan 345 kilometr məsafədə, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. Qax şəhərindən 12 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə yerləşən İlisu kəndi həm gözəl təbiəti, həm də tarixi abidələrin zənginliyi ilə bütün Azərbaycanda məşhurdur. Yaşayış məntəqəsi buradakı bulaqların adı ilə adlandırılıb. Dağ göllərinin və şəlalələrin çoxluğu bu məkanın daha bir özəlliyidir. Əlverişli iqlim şəraitinə malik, şəfalı bulaqlarla zəngin olan İlisu kəndində turistlərin ilboyu istirahət etmələri üçün tikilib istifadəyə verilmiş “BERGS HOTEL & RESTAURANT” rahatlığı və yüksək xidmət səviyyəsi ilə sizlərə xoş-unudulmaz anlar vəd edir. Bu bölgə turizmin inkişafı üçün geniş imkanları ilə yanaşı, həm də qədim tarixə malik abidələri ilə də diqqəti cəlb edir. Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunlar dünya abidələri siyahısına salınan "Ləkit məbədi", "Qum məbədi", "Ulu körpü", "Ulu məscid", "Sumuq qalası" və başqalarıdır. Qax rayonu özünə məxsus mətbəxi ilə də seçilir. Qurudulmuş ətdən, yəni qaxacdan bişirilən "Sürhüllü" dağ kəndləri üçün xarakterik yeməkdir. Siz, BERGS HOTEL & RESTAURANT’da bölgənin ənənəvi yeməkləri ilə yanaşı, Aərbaycan milli mətbəxininin zəngin və dadlı yeməklərini də sifariş verə bilərsiz.